Bu il 3825 sanator-kurort putyovkası verilib

Bu il 3825 sanator-kurort putyovkası verilib

Bu il 3825 sanator-kurort putyovkası verilib

person access_time 3 gün əvvəl
thumb_up 873 thumb_down 11 visibility7696

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu il ərzində 3825 sanator-kurort putyovkası verilib.

ƏƏSMN-dən verilən məlumata görə, sanator-kurort putyovkaları Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, ƏƏSMN yanında Dövlət Sosial Müdafiəsi Fondunun rayon (şəhər) şöbələri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında verilir.

Həmçinin əlilliyi olan şəxslərin asudə vaxtının təşkili məqsədi ilə bu kateqoriyadan olan 1229 nəfər Lənkəran, Quba və Xaçmaz rayonlarında yerləşən istirahət mərkəzlərinə göndərilib. Nazirliyin “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiyası”nın qərarı əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 1085 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə, 52 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına köməklik göstərilməsi məqsədilə birdəfəlik maddi yardımlar edilib.

Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası”nın müvafiq rəyi əsasında 15 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə müvafiq köməklik göstərilib.

Xəbərlər

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Manatın kursu dəyişi...

access_time5 saat əvvəl
Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə

Prezident İlham Əliy...

access_time5 saat əvvəl
Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib

Binəqədidə “15 ilin ...

access_time5 saat əvvəl
zoom_in zoom_out