"Bizim üçün çox vacib qələbə idi" - Qurban Qurbanov

"Bizim üçün çox vacib qələbə idi" - Qurban Qurbanov

person access_time 3 gün əvvəl
thumb_up 581 thumb_down 365 visibility6608

“Bizim üçün çox vacib qələbə idi”.

Hürriyət Azərbaycan-ın məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Torsvollur stadionunda keçirilmiş Farer adaları - Azərbaycan oyunundan sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfrasında deyib.

“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyunöncəsi mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik, demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik. Oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar və ilk dəqiqələrdən qol vurmağa çalışdılar. Biz isə texniki səhvlərə yol versək də, tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi”, - Qurbanov bildirib.

“Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq. Qrupumuzda istənilən komanda qələbə qazanmağa qadirdir”, - Qurbanov qeyd edib.

Xəbərlər

"Mahir Mədətov oyund...

access_time13 saat əvvəl
Millimiz Malta ilə

Millimiz Malta ilə ...

access_time13 saat əvvəl
Bu gün saat 20:00-da Azərbaycan - Malta

Bu gün saat 20:00-da...

access_time1 gün əvvəl
zoom_in zoom_out