Misir kilsələrində partlayışlar törədən 17 nəfər barəsində ölüm hökmü çıxarılıb

Misir kilsələrində partlayışlar törədən 17 nəfər barəsində

Misir kilsələrində partlayışlar törədən 17 nəfər barəsində ölüm hökmü çıxarılıb

person access_time 4 ay əvvəl
thumb_up 638 thumb_down 16 visibility6449

Misirin İsgəndəriyyə şəhərinin hərbi məhkəməsi 2016-2017-ci illərdə ölkədəki kilsələrdə partlayışlar törətməkdə təqsirli bilinən 17 nəfər barəsində ölüm hökmü çıxarıb.

Hürriyət Azərbaycan  Azərtaca istinadən xəbər verir ki, sözügedən cinayət işi üzrə daha 19 müttəhimə ömürlük həbs, 8 nəfərə isə ciddi rejimli koloniyada 15 il azadlıqdan məhrumetmə cəzaları verilib. Bu şəxslər 29 nəfərin həlak olması ilə nəticələnən Qahirədəki Abbasiyə kilsə kompleksində, 27 nəfərin öldüyü Tənta şəhərindəki “Mar Girgis” baş kilsəsində və 18 nəfərin ölümünə səbəb olan İsgəndəriyyə şəhərindəki kilsənin girişində partlayışlar törətməkdə ittiham edilirdi. Bundan başqa, müttəhimlərə qarşı 8 polis əməkdaşının qətlə yetirilməsi ittihamı da irəli sürülmüşdü.

Xəbərlər

Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq -

Amerikadakı yəhudi d...

access_time19 saat əvvəl
Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq -

Amerikadakı yəhudi d...

access_time20 saat əvvəl
Məhkəmə TANINMIŞ aparıcı haqqında qərar verdi -

Məhkəmə TANINMIŞ apa...

access_time1 gün əvvəl
zoom_in zoom_out