İranın Ali dini lideri hökumətə iqtisadi problemləri həll etməyi tapşırıb

İranın Ali dini lideri hökumətə iqtisadi problemləri

İranın Ali dini lideri hökumətə iqtisadi problemləri həll etməyi tapşırıb

person access_time 7 ay əvvəl
thumb_up 544 thumb_down 13 visibility8572

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi hökumətə iqtisadi problemləri təcili olaraq həll etməyi tapşırıb.

Hürriyət Azərbaycan İran mənbələrinə istinadən məlumat verir ki,O, qanunverici, icraedici və məhkəmə orqanlarının rəhbərləriylə görüşündə bildirib ki, qiymətlərin artması və alıcılıq qabiliyyətinin aşağı düşməsi iranlıların, xüsusən də aztəminatlı təbəqənin həyat şəraiti pisləşdirib. Onun sözlərinə görə, iqtisadi problemlərin həlli üçün həmrəylik mühiti yaratmaq lazımdır.

“Elə bir böhran və elə bir problem yoxdur ki, biz onun öhdəsindən gələ bilməyək. Hakimiyyət belə iqtisadi böhrandan çıxış yolunu tapmalıdır. Bankların, işsizliyin və inflyasıya problemlərinin həlli üçün ciddi addımlar atmaq lazımdır” .

Xamneyi əlavə edib ki, Amerika Birləşmiş Ştatlarının sanksiyalarıyla əlaqədar, ölkənin təbii resurslarından istifadə etmək lazımdır.

Xəbərlər

Qar uçqunu altında qalan jurnalisti axtarırdılar, onları da sel apardı

Qar uçqunu altında q...

access_time1 gün əvvəl
Məşhur güləşçi vəfat etdi -

Məşhur güləşçi vəfat...

access_time1 gün əvvəl
Avstraliyada ümumi federal seçkilər başlayıb

Avstraliyada ümumi f...

access_time1 gün əvvəl
zoom_in zoom_out