Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb FOTOLAR

Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb

Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb FOTOLAR

person access_time 7 ay əvvəl
thumb_up 678 thumb_down 378 visibility7860

Daşkənddə keçiriləcək Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri, general-mayor Abdusalom Azizov ilə görüşüb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Özbəkistanın müdafiə naziri hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki istiqamətdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Özbəkistan hərbi təhsil sahəsində təcrübə mübadiləsi ilə bağlı Azərbaycanla birgə tədbirlər keçirilməsini planlaşdırır. Söhbət zamanı qeyd olunub ki, Özbəkistanın hərbi mütəxəssisləri Azərbaycan ərazisində keçirilən beynəlxalq təlimlərdə müşahidəçi kimi iştirak edəcəklər.

Görüşün sonunda Azərbaycanın və Özbəkistanın müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.

Xəbərlər

İham Əliyev Radek Vondraçeki qəbul etdi - Yeniləndi

İham Əliyev Radek Vo...

access_time3 gün əvvəl
Elmar Məmmədyarov Fransaya səfərə gedib

Elmar Məmmədyarov Fr...

access_time3 gün əvvəl
İlham Əliyev israilli həmkarını təbrik etdi

İlham Əliyev israill...

access_time1 həftə əvvəl
zoom_in zoom_out