İlham Əliyev Qubada Susay-Xınalıq avtomobil yolunun tikintisinə vəsait ayırıb

İlham Əliyev Qubada Susay-Xınalıq avtomobil yolunun tikintisinə vəsait ayırıb

İlham Əliyev Qubada Susay-Xınalıq avtomobil yolunun tikintisinə vəsait ayırıb

person access_time 3 gün əvvəl
thumb_up 438 thumb_down 11 visibility5455

Prezident İlham Əliyev Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illər ərzində Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı infrastruktur layihələri, o cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilmişdir və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilməkdədir.

Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdır.

 

 

Xəbərlər

Manatın bu günə olan məzənnəsi

Manatın bu günə olan...

access_time12 saat əvvəl
İstehlak bazarında qiymətlər açıqlanıb

İstehlak bazarında q...

access_time13 saat əvvəl
Dolları bu qiymətə alacaqsınız -

Dolları bu qiymətə a...

access_time2 gün əvvəl
zoom_in zoom_out