Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 16 faizdən çox artıb

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 16 faizdən çox artıb

person access_time 4 gün əvvəl
thumb_up 349 thumb_down 8 visibility5499

Azərbaycanda 2018-ci il avqustun sonuna olan vəziyyətə görə fiziki şəxslərin banklarda əmanətlərinin həcmi 8,02 milyard manat təşkil edib.

Hürriyət Azərbaycan   bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 16,4 faiz, 2018-ci ilin əvvəlindən isə 6,9 faiz artıb. Əmanətlərin 63 faizi və ya 5,05 milyardı xarici valyutada yerləşdirilib.

Hüquqi şəxslərin banklarda əmanətlərinin həcmi 12,57 milyard manat təşkil edib və il ərzində 12,3 faiz, ilin əvvəlindən isə 6,3 faiz azalıb.

Ümumilikdə hesabat dövründə hüquqi və fiziki şəxslərin əmanətlərinin həcmi 20,59 milyard manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,3 faiz azdır.

2018-ci il sentyabrın əvvəlinə olan vəziyyətə əsasən, milli valyutada olan depozitlər 6,44 milyard manat (31,3 faiz), xarici valyutada – 14,15 milyard manat (68,7 faiz) təşkil edib.

Xəbərlər

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Manatın kursu dəyişi...

access_time5 saat əvvəl
Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə

Prezident İlham Əliy...

access_time5 saat əvvəl
Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib

Binəqədidə “15 ilin ...

access_time5 saat əvvəl
zoom_in zoom_out