Şarmazanovun “soyqırım” və Qarabağ iddialarına Yıldırımdan sərt cavab

Şarmazanovun “soyqırım” və Qarabağ iddialarına Yıldırımdan sərt cavab

Şarmazanovun “soyqırım” və Qarabağ iddialarına Yıldırımdan sərt cavab

person access_time 5 gün əvvəl
thumb_up 437 thumb_down 11 visibility6674

Avrasiya Milli Məclis Sədrlərinin 3-cü İclasında Ermənistan təmsilçisi Eduard Şarmazanovun iddiaları üzündən gərginlik yaşanıb.

Hürriyət Azərbaycan qafqazinfo.az-a istinadən xəbər verir ki, Antalyada keçirilən görüşdə işğalçı dövlətin Parlament sədrinin müavini Eduard Şarmazanov mediaya qapalı iclasda qondarma soyqırımı və Dağlıq Qarabağla bağlı həmişəki iddialarını səsləndirib. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım daha sonra iclasın ortaq bəyannaməsini oxumaq üçün spikerləri yenidən bir araya toplayıb. O, Şarmazanovun iddialarını tənqid edərək, onu tarixi saxtalaşdırmaqda günahlandırıb:

“Bölgədə və dünyada qlobal problemləri həll etməyə çalışdığımız, sabitlik tərəfdarı olduğumuz toplantıda həqiqətləri təhrif edən iddiaları qəbul etməyimiz qeyri-mümkündür. Ermənistan Türkiyə ilə münasibətlərinin, həqiqətən də, düzəlməsini istəyirsə, bu cür boş-boş iddialarına son verməli , tarixi hadisələri tarixçilərin araşdırmasına şərait yaratmalıdır. Az öncə Oqtay Əsədov da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı lazımi açıqlamaları vermişdi. Ermənistan sülh mövqeyi tutarsa, qonşuları ilə münasibətlərini normallaşdırmağa, Cənubi Qafqazda sülh, sabitlik və rifahın bərpasına töhfə vermiş olacaq”.

Ortaq bəyannamə oxunarkən Şarmazanov salonda olmayıb. 

Xəbərlər

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?

Koçaryan Ermənistand...

access_time5 saat əvvəl
Ermənistan üçün başqa yol yoxdur -

Ermənistan üçün başq...

access_time12 saat əvvəl
Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb

Azərbaycan və Özbəki...

access_time3 gün əvvəl
zoom_in zoom_out