QRU agentləri Skripalı 2014-cü ildən izləyiblər

QRU agentləri Skripalı 2014-cü ildən izləyiblər

QRU agentləri Skripalı 2014-cü ildən izləyiblər

person access_time 5 gün əvvəl
thumb_up 345 thumb_down 14 visibility2389

Britaniyanın Sergey Skripalın zəhərlənməsində ittiham etdiyi Rusiya vətəndaşları Anotoli Çepuqa və Aleksandr Petrov hələ 2014-cü ildə eks-polkovniki izləməklə məşğul olublar.

Hürriyət Azərbaycan “Çexiya radisou”na istinadən xəbər verir ki, 2014-cü ilin oktyabr ayında Çexiyaya gəlib və bu ölkəyə səfər edən Skripalın izlənməsi ilə məşğul olublar.

Eks-polkovnik Çexiyaya bu ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə müzakirələr üçün səfər edib. Və elə bu orqanların yardımı ilə Çepuqa və Petrov müəyyən olunub və onların missiyasının qarşısı alınıb.

Beləliklə, Petrov 2014-cü ilin oktyabrın 13-16 tarixlərində Çexiyanın Ostrava şəhərində otellərin birində məskunlaşıb. O bundan sonra paytaxt Praqaya səfər edib. Onun şəriki Çepuqa isə oktyabrın 11-də Praqaya gəlib.

Skripal isə oktyabrın ikinci yarısında Praqaya səfər edib.

Bundan əlavə KİV orqanının məlumatına görə Petrov və Çepuqa xüsusi xidmət orqanları tərəfindən ölkədən çıxarıla bilərdi. Belə ki, bu barədə dəqiq məlumat olmasa da Çexiya hakimiyyəti həmin il təhlükəsizlik məqsədi ilə üç Rusiya vətəndaşının ölkədən çıxarıldığını xəbər verib.

Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) eks-polkovniki Sergey Skripalın zəhərlənməsində ittiham olunan Petrov və Çepuqanın QRU-nun əməkdaşları olduqları bildirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İstinad:Modern.az

Xəbərlər

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Manatın kursu dəyişi...

access_time6 saat əvvəl
Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə

Prezident İlham Əliy...

access_time6 saat əvvəl
Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib

Binəqədidə “15 ilin ...

access_time6 saat əvvəl
zoom_in zoom_out