İndoneziya xarici humanitar təşkilatların yardımından imtina edir

İndoneziya xarici humanitar

İndoneziya xarici humanitar təşkilatların yardımından imtina edir

person access_time 4 ay əvvəl
thumb_up 789 thumb_down 11 visibility6631

İndoneziya hökuməti zəlzələdən sonra kömək üçün gəlmiş xarici qeyri-humanitar təşkilatların nümayəndələrini ölkəni tərk etməyə çağırıb.

Hürriyət Azərbaycan Azərtaca istinadən xəbər verir ki, bu barədə “Channel NewsAsia” telekanalı məlumat yayıb. Kanalın İndoneziya Təbii Fəlakətlərin Aradan Qaldırılması Agentliyinə istinadla yaydığı məlumatda deyilir: “Öz şəxsi heyətini İndoneziyada yerləşdirmiş xarici qeyri-humanitar təşkilatlara onları geri çağırmaları tövsiyə edilir”.

Bu qərarı şərh edən İndoneziya Xarici İşlər Nazirliyində bəyan ediblər ki, ölkədə zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə işlər üçün kifayət qədər işçi qüvvəsi var.

Qeyri-hökumət təşkilatları bu informasiyanı təəssüf hissi ilə qarşılayıblar.

Yerli KİV-lərin bildirdiyinə görə, İndoneziya hökuməti təsadüfi hallarda xarici təşkilatların təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün yardım etməsinə razılaşır. Bu təşkilatlara icazə verildiyi hallarda belə onlara yalnız yerli əməkdaşlarla birlikdə çalışmaq tövsiyə edilir.

Xəbərlər

Tramp yeni Türkiyə səfirini təyin etdi

Tramp yeni Türkiyə s...

access_time1 gün əvvəl
Tramp yeni Türkiyə səfirini təyin etdi

Tramp yeni Türkiyə s...

access_time1 gün əvvəl
Dünyada hər beş uşaqdan biri münaqişə zonasında yaşayır

Dünyada hər beş uşaq...

access_time1 gün əvvəl
zoom_in zoom_out