Azərbaycanın Los Ancelesdəki baş konsulu ABŞ Dövlət Departamentinin beynəlxalq dini azadlıqlar üzrə səfiri ilə görüşüb - - FOTOLAR

Azərbaycanın Los Ancelesdəki baş konsulu ABŞ Dövlət Departamentinin beynəlxalq dini azadlıqlar üzrə səfiri ilə görüşüb -

Azərbaycanın Los Ancelesdəki baş konsulu ABŞ Dövlət Departamentinin beynəlxalq dini azadlıqlar üzrə səfiri ilə görüşüb - - FOTOLAR

person access_time 6 gün əvvəl
thumb_up 658 thumb_down 13 visibility7707

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Yuta ştatında keçirilən beynəlxalq simpozium çərçivəsində 8 oktyabr 2018-ci il tarixində ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri (beynəlxalq dini azadlıqlar) Səm Braunbək ilə görüşüb.

Qeyd olunmalıdır ki, Səm Braunbək (Sam Brownback) 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında ABŞ Prezidenti D.Tramp tərəfindən Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub. Görüşdə baş konsul N.Ağayev Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri haqqında ətraflı məlumat verərək, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini vurğulayıb. N.Ağayev, bu gün Azərbaycanda multikulturalizm və dinlərarası harmoniyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Sonra tərəflər bu və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

Xəbərlər

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?

Koçaryan Ermənistand...

access_time6 saat əvvəl
Ermənistan üçün başqa yol yoxdur -

Ermənistan üçün başq...

access_time13 saat əvvəl
Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb

Azərbaycan və Özbəki...

access_time3 gün əvvəl
zoom_in zoom_out