Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib

Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib

Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib

person access_time 2 ay əvvəl
thumb_up 897 thumb_down 9 visibility6900

İran İslam Respublikasının Biləsuvar gömrük-keçid məntəqəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş olub.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, tanışlıq xarakterli görüş İran tərəfinin dəvəti əsasında baş tutub.

Azərbaycan Respublikasını Cənub Ərazi Baş Gömrük İdarəsi "Biləsuvar" gömrük postunun rəisi Ceyhun İbrahimovun, İran İslam Respublikasını isə bu ölkənin "Biləsuvar" gömrük-keçid məntəqəsinin rəhbəri Davər Arəngin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Görüşdə iki ölkənin dostluq münasibətlərinin son illər səmərəli əməkdaşlıq müstəvisində inkişaf etdiyi, ölkələr arasındakı iqtisadi münasibətlərin gücləndiyi, ticarət dövriyyəsinin artdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.

Tərəflər beynəlxalq ticarətin asan və sürətli şəkildə aparılmasını, eləcə də nəqliyyat vasitələrinin və şəxslərin gömrük sərhədindən sürətli və maneəsiz keçidini təmin etmək məqsədilə gömrük orqanlarının gördüyü işlərə toxunub və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Xəbərlər

Gürcüstanın yeni konstitusiyaya qüvvəyə mindi: Prezident seçkisinin qaydası dəyişdirildi

Gürcüstanın yeni kon...

access_time9 dəqiqə əvvəl
Salome Zurabişvili​ bu gün

Salome Zurabişvili​ ...

access_time15 saat əvvəl
İlham Əliyev Çavuşoğlunu qəbul etdi -

İlham Əliyev Çavuşoğ...

access_time2 gün əvvəl
zoom_in zoom_out