Həbibi məğlub edən yeganə döyüşçü AZƏRBAYCANLIDIR - FOTOLAR

Həbibi məğlub edən yeganə döyüşçü

Həbibi məğlub edən yeganə döyüşçü AZƏRBAYCANLIDIR - FOTOLAR

person access_time 6 gün əvvəl
thumb_up 324 thumb_down 7 visibility16505

6 oktyabrda UFC idman növü üzrə məşhur döyüşçü Konor Makqreqora qalib gələrək, bütün dünyanın diqqət mərkəzinə düşən Həbib Nurməhəmmədovla bağlı maraqlı fakt üzə çıxıb.

Belə ki, vaxtilə Həbib Dağıstanda azərbaycanlı idmançıya məğlub olub. Bu barədə MMA-ın Azərbaycandakı rəsmi nümayəndəsi Şəhriyar Abbasov açıqlama verib:

“Xamis Məmmədov yeganə idmançıdır ki, Həbib Nurməhəmməovu məğlub edib. O, vaxtilə bizim döyüş klubunun üzvü olub. Düzdür, Həbib peşəkar döyüşlərdə heç vaxt uduzmayıb. Lakin həvəskar sambo döyüşlərində Xamis Məmmədov onu məğlub etmişdi. Hətta Həbib müsahibələrinin birində özü də bunu etiraf edib”.Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Xamis Məmmədovun özü ilə əlaqə saxlanılıb. O da bu faktı təsdiqləyib:

“Həbib mənim dostumdur, atası da məşqçim olub, əlaqələrimiz çox yaxşıdır. Makqreqoru məğlub etdikdən sonra zəng edib təbriklərimi də çatdırdım. Həbibi məğlub etməyimə gəlincə, bu, 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim və finala çıxdım. Finalda isə 1:1 hesabı ilə bərabərə qaldıq. Rəqib yerli idmançı olduğuna görə, qələbəni ona verdilər. Təəssüf ki, o vaxt video çəkiliş imkanları bu günkü qədər geniş olmadığı üçün görüntülər yoxdur. Döyüşün video yazısı olan disk var idi, lakin sonradan onu da itirdim".

Həbiblə 2011-ci ildə yenidən qarşılaşmalı olduq. Bu dəfə isə MMA döyüş növündə, finalda üz-üzə gəldik. Döyüşdən əvvəl mənə təklif olundu ki, Həbiblə qarşılaşmayım. Lakin bu təklifi qəbul etmədim. 76 kq çəki dərəcəsində qarşılaşdıq. Həmin vaxt Həbib mənə qalib gəldi. Qısa müddət sonra UFC-də hazırlaşmaq və döyüşmək üçün ABŞ-a yollandı”

Xəbərlər

"Mahir Mədətov oyund...

access_time13 saat əvvəl
Millimiz Malta ilə

Millimiz Malta ilə ...

access_time13 saat əvvəl
Bu gün saat 20:00-da Azərbaycan - Malta

Bu gün saat 20:00-da...

access_time1 gün əvvəl
zoom_in zoom_out