Milli Məclisdə lotereya MÜBAHİSƏSİ...

Milli Məclisdə lotereya MÜBAHİSƏSİ...

Milli Məclisdə lotereya MÜBAHİSƏSİ...

person access_time 1 həftə əvvəl
thumb_up 235 thumb_down 14 visibility3531

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Lotereyalar haqqında” qanunun ikinci oxunuşda müzakirəsi ciddi mübahisələrə olub. Hürriyət Azərbaycan-ın məlumatına görə, komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, lotereyaların qiymətinin həddən artıq şişirdilməsinin tərəfdarı deyil. “Çünki, bu lotereyaları insanlar alır. Bu da bir növ pullu xidmətlərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Ona görə də Tiraj Komissiyasının üzvlərinin sayının 5-dən 3-ə endirilməsini fikirləşmək lazımdır. Biz dünya praktikasına baxarıq. Dəyişikliklərin müzakirəsini 3-cü oxunuşa ona görə salırıq ki, bu kimi məsələləri daha ətraflı müzakirə edək”. Deputat İlham Əliyev iclasda iştirak edən “Azərlotereya”nın nümayəndəsinin çıxışına reaksiya verib. Deputat qeyd edib ki, onun məsələləri qavramağa kifayət qədər məntiqi çatır:“Ona görə siz “Azərlotereya” nın nümayəndəsi olaraq bizi bir daha başa salın. Biz Tiraj Komisasiyasının üzvlərinə maaş versək, nə qədər şəffaflıq olacaq? Bu məsələni yenidən aydınladın”. “Azərlotereya”nın nümayəndəsi qeyd edib ki, Tiraj Komissiyası oyunun qaydalara uyğun keçirilməsinə nəzarət edir. “Nəzarətedici orqanın alacağı maaş onun nəzarət etdiyi yerdən olmamalıdır. Bu dünyada qəbul olunmuş qaydadır. Vergi orqanında çalışan birinin maaşını dövlət verir. Bunu dükan və mağazalar ödəsəydi, nə olacaqdı?”.Deputat İlham Əliyev yenidən məsələyə müdaxilə edib. “Xahiş edirəm, siz bizi yanlış istiqamətə yönəltməyin. Biz hamımız burda maaş alan insanlarıq. Görürsünüz ki, iclasımız necə şəffaf keçirilir. Qanunun vergülünə kimi müzakirə edirik. Əgər maaşsız yığılsaydıq, o zaman qanunlara bu dərəcədə ciddiliklə yanaşardıqmı? Əksinə, Tiraj Komissiyasının üzvləri ictimai əsaslarla gəldiyinə görə laqeydlik nümayiş etdirəcəklər”. Deputat Rüfət Quliyev isə soruşub. “ Bilmək istəyirəm ki, adamlar ömürlük Tiraj Komissiyasında oturacaqlar? Onda, Allah xeyir versin”.“Azərlotereya” nümayəndəsi isə qeyd edib ki, könüllülük əsasında tələbələri də dəvət ediblər, ancaq, onlar gəlmirlər. Rüfət Quliyev isə ona deyib ki, “siz dəvətinizə görə onlara maaş verin, onda gələcəklər”. Son olaraq deputat İlham Əliyev yenidən məsələyə müdaxilə edib:“Mən sizə yaxşı bir məsləhət verim. Biz parlamentdə 125 deputatıq. Onlardan 7-8-ni çıxın. Qalanları dəvət edin, gələk Tiraj Komissiyasına, ictimai əsaslarla iştirak edək, məsələyə ciddi yanaşaq, siz də o zaman şəffaflığı görərsiniz”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İstinad:Modern.az

Xəbərlər

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Manatın kursu dəyişi...

access_time5 saat əvvəl
Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə

Prezident İlham Əliy...

access_time5 saat əvvəl
Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib

Binəqədidə “15 ilin ...

access_time5 saat əvvəl
zoom_in zoom_out