Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır

Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır

Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır

person access_time 2 ay əvvəl
thumb_up 786 thumb_down 12 visibility6839

Parisdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair simpoziumda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BabayevFransanın Milli Yaşa görə Pensiya Sığortası Kassasının (CNAV) direktoru Reno Viyar ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, S.Babayev ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətlərdən, əhalinin sosial müdafiəsi və təminatı sahəsində həyata keçirilən islahatlardan söz açıb. Qeyd edib ki, bu gün nazirlik tərəfindən ümumilikdə 4,8 milyon insana əmək, məşğulluq, sosial təminat, sosial sığorta üzrə 120-dən çox xidmət göstərilir. Ölkəmizdə 1,3 milyon insan əmək pensiyası alır. Bundan əlavə, 480 mindən çox insan aylıq sosial müavinətlə, 50 min ailə sosial yardımla, 63,4 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə, 15 minədək insan səyyar və stasionar sosial xidmətlərlə təmin olunur. 620 mindən çox əliliyi olan şəxsə dəstək göstərilir. Ölkənin ümumi inkişafı bu sosial təminat növlərinin artımı ilə müşahidə olunur. Nazir pensiya və müavinətlər sahələrində avtomatlaşdırılmış, tam şəffaf, müasir idarəçilik və xidmət mexanizmlərinin qurulması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması yönündə aparılan islahatlar barədə də məlumat verib.

S.Babayev bildirib ki, Fransa ilə ölkəmiz arasında sosial müdafiə sahəsində iki Tvinninq layihəsi həyata keçirilib. “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsi isə Fransanın aidiyyəti qurumları ilə birgə hazırda icra olunur. Nazir pensiya və digər müavinətlərin təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, göstərilən xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması sahələrində Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

CNAV direktoru cənab Reno Viyar ölkəsində pensiya sisteminin köhnə və çox mürəkkəb olduğunu bildirib. “Köhnə və çox mürəkkəb pensiya sistemimiz olmasına baxmayaraq hələ də işləyir. Ancaq biz pensiya sistemimizi yeniləməliyik. Azərbaycan gənc ölkədir, yeni sistem qurmusunuz. Sizin pensiya sistemi, xüsusilə də informasiya texnologiyalarından istifadə sahəsində təcrübənizi öyrənməkdə maraqlıyıq” - deyə R. Viyar diqqətə çatdırıb. O, ölkəsindəki sosial təminat sisteminin hazırki vəziyyətindən danışıb. Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılması istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduqlarını bildirib. Bu istiqamətdə mövcud imkanların reallaşdırılması üçün müvafiq işlərin aparılacağına əminliyini bildirib.

Xəbərlər

Bakının bu qəsəbələrində işıq olmayacaq –

Bakının bu qəsəbələr...

access_time20 dəqiqə əvvəl
Taksidə siqaret çəkməyin cəriməsi -

Taksidə siqaret çəkm...

access_time1 saat əvvəl
Sabah Bakıda bu yollar bağlı olacaq

Sabah Bakıda bu yoll...

access_time1 saat əvvəl
zoom_in zoom_out