Təhsil naziri rus dilinin tədrisi ilə bağlı əmr İMZALADI

Təhsil naziri rus dilinin tədrisi ilə bağlı əmr İMZALADI

Təhsil naziri rus dilinin tədrisi ilə bağlı əmr İMZALADI

person access_time 10 ay əvvəl
thumb_up 432 thumb_down 6 visibility4462

Təhsil naziri Ceyhun Bayramov “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb. 

Modern.az xəbər verir ki, əmrə əsasən, Azərbaycanın 50 - Bakı şəhəri 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli, 20 nömrəli məktəb-lisey, 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11, Şirvan şəhəri 3, Abşeron rayonu Xırdalan şəhəri 2, Masallı şəhəri 2, Şəki şəhəri 5, Şamaxı şəhəri 6 nömrəli, İsmayıllı rayonu Talıstan, Zaqatala rayonu Əli Bayramlı, Tovuz rayonu Ağbulaq, Quba rayonu Əliməmmədoba, Qusar rayonu Ləcət, Lənkəran rayonu Havzava, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək. 

Təsdiq olunan tədris planına dair qeydlərə əsasən, I-IV (birinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatlar dərs cədvəlinə daxil edilməklə “Rus dili”nin intensiv tədrisinə verilib.

 V-VII (beşinci-yeddinci) siniflərdə “İkinci xarici dil”ə və dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat, IX (doqquzuncu) sinifdə “İkinci xarici dil”ə ayrılan 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 (iki) saat dərs cədvəlinə daxil edilməklə “Rus dili”nin intensiv tədrisinə verilib.

VIII sinifdə “İkinci xarici dil”ə ayrılmış 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Rus dili”nin intensiv tədrisinə verilib.

VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” fakültativ kursun tədrisinə ayrılıb.

“Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilən I-IX (birinci-doqquzuncu) siniflərdə rus dili fənninin tədrisinin səmərəli təşkili məqsədilə sinifdə şagirdlərin sayı 20 (iyirmi) və daha çox olarsa, həmin fənnin tədrisində siniflər iki qrupa bölünür (dərsdənkənar məşğələlərdən verilən saatlar istisna olmaqla).

Bu əmrlə müəyyən edilən Bakı şəhərinin 13, 95, 238, 245, 265, 276 nömrəli ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilində “Rəqəmsal bacarıqlar”pilot layihəsi həyata keçirildiyindən həmin məktəblərin V-VI siniflərində “Rus dili” fənni “İkinci xarici dil”ə ayrılmış saat hesabına həftədə 1 (bir) saat tədris ediləcək. 

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.                          

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İstinad:Modern.az                    

Xəbərlər

Mikravtobus yük maşını ilə toqquşdu - 7 ölü, 9 yaralı

Mikravtobus yük maşı...

access_time25 dəqiqə əvvəl
Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır - Son gün

Peşə Təhsil Mərkəzin...

access_time26 dəqiqə əvvəl
Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır - Son gün

Peşə Təhsil Mərkəzin...

access_time1 saat əvvəl
zoom_in zoom_out