Yaponların 75%-i Rusiya ilə sülhə qarşıdır

Yaponların 75%-i Rusiya ilə sülhə qarşıdır
Rusiya ilə Yaponiya arasında İkinci Dünya Müharibəsinin bitməsindən keçən 72 il ərzində sülh müqaviləsi imzalanmayıb.
Hürriyət Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu rəy sorğuları sadə Yaponiya vətəndaşlarının 75%-nin Rusiya ilə qeyd-şərtsiz sülh müqaviləsi imzalamasına qarşı çıxıb.
Onlar bunun üçün Rusiyanın Kuril adalarını geri qaytarmasını əsas şərt kimi irəli sürür.
Sülh müqaviləsinin dərhal imzalanmasını isə 14% yapon dəstəkləyir.
İstinad:Modern.az