DİM-dən abituriyentlərə ixtisas seçimi ilə bağlı XƏBƏRDARLIQ

DİM-dən abituriyentlərə ixtisas seçimi ilə bağlı

DİM-dən abituriyentlərə ixtisas seçimi ilə bağlı XƏBƏRDARLIQ

person access_time 1 həftə əvvəl
thumb_up 389 thumb_down 15 visibility3905

Ali təhsil müəssisələrinin ixtisas seçiminin başa çatmasına 3 gün qalıb!

 

İxtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılır.

 

Dövlət İmtahan Mərkəzindən  veriləm məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi iyulun 30-da başlayıb və avqustun 13-ü saat 23:59-dək davam edəcək. İxtisas seçimi internet vasitəsilə elektron formada aparılır və bu prosesi həftənin istənilən günü, günün istənilən vaxtı həyata keçirmək mümkündür. İxtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur.

 

Qeyd edək ki, müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16649, II qrup üzrə 11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 8164 nəfərdir. 10 avqust saat 11:30-a olan məlumata əsasən, ixtisas seçimi edib ərizəsini təsdiq edənlərin sayı I qrup üzrə 12709, II qrup üzrə 9531, III qrup üzrə 10792, IV qrup üzrə 3195, V qrup üzrə isə 3112 nəfərdir. Ümumilikdə, 2850 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib.

 

Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:modern.az

Xəbərlər

Ərdoğan yeddinci dəfə baba oldu

Ərdoğan yeddinci dəf...

access_time1 gün əvvəl
Məşhəddə 6 nəfər edam olundu

Məşhəddə 6 nəfər eda...

access_time1 gün əvvəl
Maliyyə Nazirliyi yeni elektron xidmətlər göstərəcək

Maliyyə Nazirliyi ye...

access_time1 gün əvvəl
zoom_in zoom_out