Azərbaycan əhalisi ərzağa, içkilərə və tütün məmulatlarına 10 milyard manat xərcləyib

Azərbaycan əhalisi ərzağa, içkilərə və tütün məmulatlarına 10 milyard manat xərcləyib

Azərbaycan əhalisi ərzağa, içkilərə və tütün məmulatlarına 10 milyard manat xərcləyib

person access_time 2 ay əvvəl
thumb_up 409 thumb_down 15 visibility3837

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 20,1 milyard manata bərabər olub.

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

Hürriyət Azərbaycan -ın Trend-ə istinadən məlumatına görə, ticarət dövriyyəsinin 10,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,2 faiz üstələyib.

 

 

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,6 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

 

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 16,3 faizi ticarət müəssisələri, 50,6 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 34,4 faiz artıb, fərdi sahibkarlar üzrə 1,5 faiz, bazar və yarmarkalarda 2,6 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

Xəbərlər

Dünya birjalarında neftin

Dünya birjalarında n...

access_time1 saat əvvəl
Naxçıvanda bal festivalı

Naxçıvanda bal festi...

access_time1 saat əvvəl
Günün məzənnəsi açıqlandı -

Günün məzənnəsi açıq...

access_time1 saat əvvəl
zoom_in zoom_out