Azərbaycanda Kürün səviyyəsi 30 sm qalxdı

Azərbaycanda Kürün səviyyəsi 30 sm qalxdı

Azərbaycanda Kürün səviyyəsi 30 sm qalxdı

person access_time 4 ay əvvəl
thumb_up 300 thumb_down 13 visibility3848

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-110, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 50-130, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

 

Departamentdən verilən məlumata görə,  avqustun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 52 kubmetr olmaqla ongünlük normanın 39 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 50 kubmetr təşkil etməklə ongünlük normanın 38 faizinə bərabər olub.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 53 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 11,5 kubmetr təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.

 

Avqustun 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 14, Salyanda 30, Bankədə 24 sm artım qeydə alınıb, lakin Surrada 1, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub.

 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 (2017-ci il avqustun 10-da 352 sm), Şirvanda 177 (2017-ci il avqustun 10-da 211 sm), Salyanda 131 (2017-ci il avqustun 10-da 123 sm), Bankədə 201 (2017-ci il avqustun 10-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 santimetr (2017-ci il avqustun 10-da 70 sm) təşkil edir.

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:modern.az

 

Xəbərlər

Lənkəranda dəhşət -

Lənkəranda dəhşət - ...

access_time44 dəqiqə əvvəl
Xaçmazda dəhşət:

Xaçmazda dəhşət: ...

access_time1 gün əvvəl
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib

Gənclər və idman naz...

access_time3 gün əvvəl
zoom_in zoom_out