Bakıda evə basqın oldu - xəsarət alan var

Bakıda evə basqın oldu - xəsarət alan var

Bakıda evə basqın oldu - xəsarət alan var

person access_time 1 həftə əvvəl
thumb_up 375 thumb_down 10 visibility3723

Avqustun 9-da Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə naməlum şəxsin daxil olması barədə məlumat daxil olub.

Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerində olan Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları apardıqları araşdırmalarla həmin gün L.Novruzovanın Biləcəri qəsəbəsindəki evinə girmiş naməlum şəxsin ev sahibəsinə yumruqla xəsarət yetirdiyini, oradan mobil telefon və təmir-tikinti alətləri oğurladığını müəyyən ediblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum olunmuş Həzi İsayev olması müəyyən edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad: modern.az

Xəbərlər

Azərbaycanda benzinin qiyməti bahalaşdı

Azərbaycanda benzini...

access_time8 saat əvvəl
Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

Azərbaycan vətəndaşı...

access_time1 gün əvvəl
Azərbaycan bu şəhərlərdə ticarət evi açırv

Azərbaycan bu şəhərl...

access_time1 gün əvvəl
zoom_in zoom_out