Bakıdakı silahlı insidentin TƏFƏRRÜATI - Qatil tutuldu

Bakıdakı silahlı insidentin TƏFƏRRÜATI -

Bakıdakı silahlı insidentin TƏFƏRRÜATI - Qatil tutuldu

person access_time 4 ay əvvəl
thumb_up 241 thumb_down 10 visibility3561

Daxili İşlər Nazirliyi (DİN) ötən gecə Ramanada baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən  verilən məlumata görə, avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.

 

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş “AKMS” markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:modern.az

 

Xəbərlər

Bakının bu qəsəbələrində işıq olmayacaq –

Bakının bu qəsəbələr...

access_time20 dəqiqə əvvəl
Taksidə siqaret çəkməyin cəriməsi -

Taksidə siqaret çəkm...

access_time1 saat əvvəl
Sabah Bakıda bu yollar bağlı olacaq

Sabah Bakıda bu yoll...

access_time1 saat əvvəl
zoom_in zoom_out