Ekologiya Nazirliyi Xəzərin sahilində reydlərə BAŞLADI

Ekologiya Nazirliyi Xəzərin sahilində reydlərə BAŞLADI

Ekologiya Nazirliyi Xəzərin sahilində reydlərə BAŞLADI

person access_time 4 ay əvvəl
thumb_up 308 thumb_down 13 visibility3330

Xəzər dənizi problemləri içərisində dəniz suyunun çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son zamanların ən mühüm problemlərindəndir. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun sahillərində, hövzəsində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin tullantı suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.

 

Bu haqda  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov, həmçinin qeyd edib ki, həmin obyektlər tərəfindən məcburi göstəriş icra olunmasa, onların fəaliyyətlərinin dayandırılması barədə müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq: "Belə tipli çirkab su axarları bütün sahilboyu mövcuddur və bu cür qanun pozucularına qarşı ciddi mübarizə aparıcalacaq. Böyük cərimələrə düşmək istəmirlərsə, indidən təmizləyici qurğular quraşdırsınlar".

 

Respublikanın sahil zolağında yerləşən rayonların əksəriyyətində tullantı sularının təmizlənərək dənizə axıdılması üçün təmizləyici qurğular quraşdırılmadığından və ya quraşdırılan qurğuların fəaliyyətləri qənaətbəxş olmadığından qeyd edilən ərazilərdə formalaşan müxtəlif tərkibli qarışıq tullantı suları təmizlənmədən təbii axarlara və Xəzər dənizinə axıdılır.

 

Bildirilib ki, bu da həmin rayonların sahil zolağının rekreasiya əhəmiyyətli və digər sahələrində ərazilərin ekoloji vəziyyətinin pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir.

 

Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən artıq Xaçmaz, Lənkəran rayonları və Sumqayıt şəhərinin sahil zonalarında reydlər başa çatıb. Hazırda reydlər Bakı şəhərinin inzibati rayonlarının sahil zolağında davam etdirilir.

 

Reydlər zamanı qanunvericiliyin tələblərinə riayət etməyən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması məqsədilə obyekt  sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

istinad:modern.az

Xəbərlər

Taksidə siqaret çəkməyin cəriməsi -

Taksidə siqaret çəkm...

access_time1 saat əvvəl
Sabah Bakıda bu yollar bağlı olacaq

Sabah Bakıda bu yoll...

access_time1 saat əvvəl
Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur?

Arvadını 5-ci mərtəb...

access_time1 saat əvvəl
zoom_in zoom_out