Polis borca görə 5 nəfəri saxladı

Polis borca görə 5 nəfəri saxladı

Polis borca görə 5 nəfəri saxladı

person access_time 1 həftə əvvəl
thumb_up 314 thumb_down 18 visibility2175

Daxili İşlər Nazirliyi avqust ayının 9-dan 10-dək qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Nazirlikdən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 122 cinayət faktı qeydə alınmış, onların da 27-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:modern.az

 

 

Xəbərlər

Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

Azərbaycan vətəndaşı...

access_time1 gün əvvəl
Azərbaycan bu şəhərlərdə ticarət evi açırv

Azərbaycan bu şəhərl...

access_time1 gün əvvəl
Bu gün dəyişkən buludlu hava şəraiti gözlənilir

Bu gün dəyişkən bulu...

access_time1 gün əvvəl
zoom_in zoom_out