Ermənistan hökumətinin iclasları jurnalistlərin üzünə yenidən bağlı olacaq

Ermənistan hökumətinin iclasları jurnalistlərin üzünə

Ermənistan hökumətinin iclasları jurnalistlərin üzünə yenidən bağlı olacaq

person access_time 1 həftə əvvəl
thumb_up 300 thumb_down 12 visibility2460

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra KİV nümayəndələrinə hökumətin iclaslarını canlı izləmək imkanı yaradılmışdı. Lakin bir müddət sonra yeni qərarla jurnalistlərin bu imtiyazı ləğv olunub.

Hürriyət Azərbaycan Azərtaca istinadla xəbər verir ki, bu qərarı baş nazirin mətbuat katibi Arman Yeqoyan açıqlayıb. O, hökumətin iclas zalının jurnalistlər üçün qapalı olmasının qanunla deyil, təhlükəsizlik xidmətinin rəyi ilə tənzimləndiyini bildirib. Mətbuat katibi əlavə edib ki, son zamanlar KİV nümayəndələri qoyulmuş qaydaları tez-tez pozublar.

Yeni qərarın aylar sonra qəbul edilməsinin konkret səbəbləri ilə bağlı jurnalistlərin sualına cavab verən Yeqoyan deyib ki, məsələni təhlükəsizlik xidməti ilə araşdıracaq. Mətbuat katibi KİV nümayəndələrinə məsləhət görüb ki, şərhləri və müsahibələri hökumət binasından kənarda alsınlar.

Xatırladaq ki, hökumətin iclaslarının mətbuat üçün qapalı olması qərarı Serj Sarkisyanın hakimiyyəti dövründə qəbul edilmişdi. İxtisasca jurnalist olan Paşinyan bu qərarı ləğv etmişdi və hökumətin iclasları açıq keçirilirdi. Lakin az bir müddətdən sonra hökumət başçısı sələfinin qoyduğu qaydanı bərpa edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

Xəbərlər

Ərdoğan yeddinci dəfə baba oldu

Ərdoğan yeddinci dəf...

access_time1 gün əvvəl
Məşhəddə 6 nəfər edam olundu

Məşhəddə 6 nəfər eda...

access_time1 gün əvvəl
Filippində təyyarə qəzası

Filippində təyyarə q...

access_time1 gün əvvəl
zoom_in zoom_out