Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

person access_time 1 həftə əvvəl
thumb_up 243 thumb_down 7 visibility1408

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

Xəbərlər

Ermənistan mövqelərimizi iriçaplı silahlarla atəşə tutdu

Ermənistan mövqeləri...

access_time1 gün əvvəl
Ermənilər indi də Laçında xəstəxana tikir

Ermənilər indi də La...

access_time2 gün əvvəl
Ermənistan cəbhədə təxribat törətdi

Ermənistan cəbhədə t...

access_time2 gün əvvəl
zoom_in zoom_out