Sarkisyan 3 gündür ki, Azərbaycanda imiş

Sarkisyan 3 gündür ki, Azərbaycanda imiş

Sarkisyan 3 gündür ki, Azərbaycanda imiş

person access_time 4 ay əvvəl
thumb_up 333 thumb_down 18 visibility3570

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan müalicə üçün gütdiyi İtaliyadan geri qayıdıb.

Hürriyət Azərbaycan Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə istiqamətlənib.

Onun həmçinin məzuniyyətdə olduğu bildirilən İtaliyadan qayıtdıqdan sonra qısa müddətdə olsa da Yerevanda qaldığı bildirilir.

Sarkisyanın artıq 3 gündür ki, Xankəndidədir.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsindən sonra Serj Sarkisyanın həm məzuniyyət, həm də, müalicə üçün Avropaya üz tutduğu bildirilirdi. Sarkisyanın qayıdan kimi Koçaryanın müdafiəsinə qalxmış separatçı rejimin ixtiyarında olan ərazilərə çəkilməsi isə onun Qarabağ klanına sığındığını göstərir.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin mart hadisələri, yəni seçkilər zamanı konstitusion quruluşu devirməyə görə həbs edilib. Həmin seçkilərdə Serj Sarkisyan ölkə prezidenti seçilib.

 

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:modern.az

Xəbərlər

Gürcüstanda siyasi vəziyyət

Gürcüstanda siyasi v...

access_time3 saat əvvəl
Kanadadakı azərbaycanlılar erməni təxribatına etiraz edir

Kanadadakı azərbayca...

access_time3 saat əvvəl
Ermənistandakı seçkidə qanun pozuntuları

Ermənistandakı seçki...

access_time1 gün əvvəl
zoom_in zoom_out