Azərbaycanda balıq və fındıq müəssisələri özəlləşdirilir - FOTOLAR

Azərbaycanda balıq və fındıq müəssisələri özəlləşdirilir

Azərbaycanda balıq və fındıq müəssisələri özəlləşdirilir - FOTOLAR

person access_time 2 ay əvvəl
thumb_up 431 thumb_down 10 visibility4644

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 sentyabr tarixində növbəti hərrac reallaşacaq.

Komitədən  verilən məlumata görə, ayın ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakların 17-si səhmdar cəmiyyəti, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri ŞirvanBərdəTərtərKürdəmir və digər bölgələrdə yerləşir. Say və qiymət baxımından fərqli səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətlərinə Tərtər Nəqliyyat, Zaqatala fındıq, Bərdə Kəndkimya kimi dövlət əmlakları aiddir.

Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9297 kv.m aralığındadır. Bakışəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən əmlak kompleksi torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Bu obyektin ümumi faydalı sahəsi 1169 kv.m-dir. Əmlaka sərmayə yatıraraq müxtəlif sahibkarlıq sahələrində uğur qazanmaq olar. Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Şəmkir Balıq Zavodunun ümumi faydalı sahəsi 341 kv.m-dir. Özəlləşdirilməsi üçün ilkin qiymət 45 min 250 manat təyin olunan obyektin fəaliyyətinin bərpası investora yeyinti sənayəsi üzrə yüksək gəlir qazandıracaq.

Ümumi faydalı sahəsi 10 kv.m və 190 kv.m intervalında olan qeyri-yaşayış sahələrinin 21-i paytaxtda, 3-ü isə SabirabadGəncə və Samux rayonlarında yerləşir. Az investisiya qoymaqla gəlir əldə etmək istəyənlər üçün fərqli ərazilərdə yerləşən dövlət əmlakları da hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 10 kv.m, ilkin hərrac qiyməti 1250 manat olan bu qeyri-yaşayış sahəsi kiçik xidmət sahəsi üçün uğurlu seçimdir.

Hərraca çıxarılan Nissan və Vaz markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2007 illəri əhatə edir. Avtomobil almaq arzusunda olan vətəndaş uyğun qiymət təyin olunmuş nəqliyyat vasitələri arasından seçim edərək sifarişçiyə çevrilə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:modern.az

Xəbərlər

Dünya birjalarında neftin

Dünya birjalarında n...

access_time1 saat əvvəl
Naxçıvanda bal festivalı

Naxçıvanda bal festi...

access_time1 saat əvvəl
Günün məzənnəsi açıqlandı -

Günün məzənnəsi açıq...

access_time1 saat əvvəl
zoom_in zoom_out