Zakir Həsənov cəbhəyə getdi

Zakir Həsənov cəbhəyə getdi

Zakir Həsənov cəbhəyə getdi

person access_time 11 ay əvvəl
thumb_up 301 thumb_down 14 visibility3084

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

Hürriyət Azərbaycan-ın məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonadakı hərbi hissələrə gələrək tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər. Müdafiə naziri inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.

Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub. General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, hərbi-tibb müəssisələrinə, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirərək konkret tapşırıqlar verib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran Müdafiə naziri, qarşıda duran vəzifələrin icrası, xidməti şəraitin daha da yaxşılaşdırılması, hərbi qulluqçulara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və bir sıra digər məsələlər barədə müvafiq göstərişlər verib.

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:modern.az

Xəbərlər

Azərbaycan XİN Polşa vətəndaşının adını qara siyahıdan çıxardı

Azərbaycan XİN Polşa...

access_time15 saat əvvəl
Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Keşikçidağ insidenti

Gürcüstanın Azərbayc...

access_time1 gün əvvəl
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə ...

access_time1 gün əvvəl
zoom_in zoom_out