Kürdəmirdə DƏHŞƏT: Ata ögey oğlunu döyüb öldürdü

Kürdəmirdə DƏHŞƏT:

Kürdəmirdə DƏHŞƏT: Ata ögey oğlunu döyüb öldürdü

person access_time 2 ay əvvəl
thumb_up 200 thumb_down 11 visibility3407

Daxili İşlər Nazirliyi (DİN) ögey atanın 5 yaşlı uşağı öldürməsi faktı ilə bağlı məlumat yayıb.

 

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, Kürdəmir rayonunun Pirili kəndi ərazisindəki fermaların birində iyulun 16-da 5 yaşlı Murad Bayramovun atdan yıxılması, aldığı xəsarət nəticəsində iyulun 21-də öldüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

 

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində uşağın ögey atası, fermada yaşayan və işləyən, əvvəllər məhkum olunmuş Abdulla Abdullayev tərəfindən iyulun 16-da ağac parçası ilə döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

 

Görülmüş tədbirlərlə A.Abdullayev tutulub. 

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:modern.az

Xəbərlər

Bu həkimləri 7 ilə yaxın HƏBS GÖZLƏYİR -

Bu həkimləri 7 ilə y...

access_time1 gün əvvəl
Nazir: Qadın işçilərini stimullaşdıran şirkətlərə

Nazir: Qadın işçilər...

access_time1 gün əvvəl
Hökumət yaşayış minimumunun məbləğini

Hökumət yaşayış mini...

access_time1 gün əvvəl
zoom_in zoom_out