Erməni əsilli müğənni Azərbaycandakı festivalda çıxış edəcək ! -ETİRAZ

Erməni əsilli müğənni Azərbaycandakı festivalda çıxış edəcək !

Erməni əsilli müğənni Azərbaycandakı festivalda çıxış edəcək ! -ETİRAZ

person access_time 3 ay əvvəl
thumb_up 821 thumb_down 231 visibility4960

İyulun 26-29-u Bakıda “Jara-2018" Beynəlxalq MusiqiFestivalı keçiriləcək. Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, ”Russkoyeradio"nun və “Qızıl qrammofon” mükafatının təsisçisiSergey Kojevnikovun təşkilatçılığı ilə baş tutacaqfestivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A’Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, Nyuşa, NastyaKamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, MişaMarvin və digər məşhur musiqiçilər iştirak edəcək. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubileygecələri keçiriləcək.

 

İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. 29 iyulda səhnəyə erməni əsilli müğənni Zara Mgoyançıxacaq. Zaranın Bakıya gəlməsi birmənalıqarşılanmayıb və sosial şəbəkədə tənqid olunub.

 

Rusiyanın əməkdar artisti olan Zara Paşa qızı Mgoyan1983-cü ildə Sankt-Peterburqda anadan olub. AtasıPaşa Bimassiyeviç Mgoyan, anası Nadi CamalovnaMgoyandır. Əsl adı Zərifə olan Zaranın bir tərəfiyezidi kürdü, bir tərəfi isə ermənidir. O, 1997-ci ildə“Utrennya zvezda” müsabiqəsinin finalçısı olub və“Let Children Laugh” beynəlxalq festivalında “Grand Prix” qazanıb. 1998-ci ildə Omskda keçirilən “NadejdiSibir” (“Sibirin ümidləri”) Peterburqda təşkil edilən“Deni rojdeniya” (“Ad günü”) kimi mahnıyarışmalarında qalib olub. Soçidə təşkil edilən“Nadejdi Evropi” (“Avropa ümidləri”) qələbə qazanıb.

 

2004-cü ilə qədər yezidi inancına sahib olan Zara evlilik üçün xristianlığı qəbul edib. O, Sankt-PeterburqBələdiyyə sədri Valentina Matvienkonun oğlu Sergey Matvienko ilə evlənib. Ancaq bu nikah 6 ay davamedib.

 

2008-ci ildə Zara Moskva Bələdiyyə SağlamlıqMüdirliyinin Əczaçılıq şöbəsinin müdiri Sergey İvanovla evlənib. İvanov Zara üçün həyat yoldaşı vəiki uşağını tərk edib.

 

 

Tanınmış erməni əsilli müğəninin Azərbaycanagətirilməsi birmənalı olaraq insanlar tərəfindən də yaxşı qarşılanmayıb.Sosial şəbəkələrdə də  həmçinininsanlar bu hadisəyə səssiz qalmayıb.İnsanlar sosialşəbəkələrdə ermənilərin bizə yaşatdıqları faciələriunutmadıqlarını ,cavan qızların necə işgəncələrə məruzqaldığını, körpəsi qarnında doğrananan analarınfəryadlarını, əli-ayağı donduğu üçün şikəst qalanqocaları unutmadıqların yazıblar.O cümlədən STOP haştağı ilə etiraz səslərini ucaldıblar.

 

Biz də Hürriyət Azərbaycan  ailəsi olaraq inanırıq kiAzərbaycan dövləti də bu məsələlərdə duyarlıdır. Dövlətimizin dəstəyi ilə bu hallar aradan qaldırılacaq".

Xəbərlər

Bu həkimləri 7 ilə yaxın HƏBS GÖZLƏYİR -

Bu həkimləri 7 ilə y...

access_time1 gün əvvəl
Nazir: Qadın işçilərini stimullaşdıran şirkətlərə

Nazir: Qadın işçilər...

access_time1 gün əvvəl
Hökumət yaşayış minimumunun məbləğini

Hökumət yaşayış mini...

access_time1 gün əvvəl
zoom_in zoom_out