“Paşinyanın oğlunun Qarabağda xidmət keçməsi şoudur” -XIN

“Paşinyanın oğlunun Qarabağda xidmət keçməsi şoudur”

“Paşinyanın oğlunun Qarabağda xidmət keçməsi şoudur” -XIN

person access_time 2 ay əvvəl
thumb_up 328 thumb_down 25 visibility2143

 

"Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində aparılan kampaniya siyasi şouya çevrilib".

Hürriyət Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, bununla populist Paşinyan hökuməti özünün reytinqini və cəmiyyətdə nüfuzunu saxlamağa çalışır: "Paşinyan hökumətinin 100 günü yaxınlaşır. Bu 100 gün ərzində ölkənin üzləşdiyi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atılmaq əvəzinə bu qəbildən olan populist addımlarla öz reytinqini saxlamağa çalışır".XİN rəsmisinin sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir. "Bu kimi əməllər konstruktiv xarakter daşımır və regionda sülhün təmin olunmasına xidmət etmir" -H.Hacıyev vurğulayıb.

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

Istinad:Metbuat.az

Xəbərlər

İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

İlham Əliyev: “Ermən...

access_time4 saat əvvəl
Milli Məclisin xüsusi iclası başa çatdı

Milli Məclisin xüsus...

access_time4 saat əvvəl
Elmar Məmmədyarov Nyu-Yorka getdi - BMT sessiyasında iştirak edəcək

Elmar Məmmədyarov Ny...

access_time8 saat əvvəl
zoom_in zoom_out