Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

person access_time 2 ay əvvəl
thumb_up 369 thumb_down 15 visibility2205

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

 

İyulun 12-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə  əlverişli hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42,  dağlarda gecə 17-22, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

Xəbərlər

Tullantılara görə bu şirkətlər cərimələndi

Tullantılara görə bu...

access_time3 saat əvvəl
Binəli Yıldırım Bakıda hədik payladı

Binəli Yıldırım Bakı...

access_time3 saat əvvəl
“Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni filmlər çəkir

“Salnaməfilm” Mədəni...

access_time4 saat əvvəl
zoom_in zoom_out