Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu nişanı görürsünüzsə...

Çimərliyə gedənlərin DİQQƏTİNƏ:

Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu nişanı görürsünüzsə...

person access_time 2 ay əvvəl
thumb_up 305 thumb_down 8 visibility3022

Yayın qızmar istisində sərinləmək üçün insanlar çimərliklərə üz tuturlar.

Dənizə getmək istəyənlər zaman və məsafə baxımından çox vaxt yaşadıqları yerə yaxın olan çimərliklərə gedirlər. Bəzən “Qadağandır” işarəsi belə insanların istədikləri çimərlikdə getməsinə əngəl törədə bilmir.

Təəssüflər olsun ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bu gün də ölkə ərazisində çimmək qadağan olunan çimərliklərə üz tutan kifayət qədər vətəndaşımız var.

“Dənizdə normadan dəfələrlə artıq bakteroloji çirklənmə var”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, bu il də dəniz suyunun laborator tədqiqatı aparılıb:

“Qadağan olunmuş çimərliklərdə üzmək insanlar arasında kəskin mədə-bağırsaq xəstəlikləri törədə bilər. Bununla əlaqədar, Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimimüavininin qəbul etdiyi qərarı Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aiddiyatı qurumlara göndərmişik.

Səbail rayonun “Şıx”, Qaradağ rayonunda “Sahil” çimərliyi və Sumqayıt şəhəri ərazisindəki çimərliklər təhlükəli hesab edilir. İnsanlara tövsiyyə görərdik ki, Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkiminin müavininin qərarına hörmətlə yanaşsınlar, həmin ərazilərdən istifadə etməsinlər”.

Bəs, qadağan olunmuş çimərliklərdən istifadə edən vətəndaşları hansısa bir cərimə gözləyirmi?

Bununla bağlı  açıqlama verən hüquqşünas Tağı Hüseynov qeyd edib ki, “Qadağandır” nişanı qoyulan çimərliyə daxil olmaq inzibati xəta sayılır:

“Bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Çimərlik qadağan olduğu təqdirdə, orada “Qadağandır” nişanı yerləşdirilməyibsə, buna görə kiminsə cərimələnməsindən söhbət gedə bilməz. Lakin “Qadağandır” nişanı qoyulduğu halda həmin çimərlikdən istifadə edən şəxsləri cərimə gözləyir”.

 

 

 

 

 

 

 

Sevda HASAN- Hürriyət Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:Metbuat.az

 

Xəbərlər

Tullantılara görə bu şirkətlər cərimələndi

Tullantılara görə bu...

access_time3 saat əvvəl
Binəli Yıldırım Bakıda hədik payladı

Binəli Yıldırım Bakı...

access_time3 saat əvvəl
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanınən sürət...

access_time3 saat əvvəl
zoom_in zoom_out