Türkiyə Prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Türkiyə Prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə Prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

person access_time 2 ay əvvəl
thumb_up 342 thumb_down 10 visibility1520

 

İyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb..

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydu, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.

 

 

Xəbərlər

Bu il BMT Baş Assambleyasında Azərbaycanı kim təmsil edəcək?

Bu il BMT Baş Assamb...

access_time23 saat əvvəl
İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

İlham Əliyev: “Ermən...

access_time1 gün əvvəl
Milli Məclisin xüsusi iclası başa çatdı

Milli Məclisin xüsus...

access_time1 gün əvvəl
zoom_in zoom_out