Sarkisyan həbs oluna bilər - Paşinyan

Sarkisyan həbs oluna bilər

Sarkisyan həbs oluna bilər - Paşinyan

person access_time 2 ay əvvəl
thumb_up 347 thumb_down 4 visibility2752

 

Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik xidmətinə səs-küylü cinayət və korrupsiya faktlarının aşkarlanmasına dair tapşırıq verməyib. Onun üçün başlıca məsələ qanunilikdir.

Hürriyət Azərbaycan  azvision.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan son zamanlar Ermənistanda ajiotaj doğuran silsilə istintaqlarla, xüsusən də sabiq prezident Serj Sarkisyanın qardaşının ailəsi və yaxın qohumları barədə açılan cinayət işləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib. Sarkisyanın qardaşı Aleksandrın 2 dəfə həbs olunduğunu, lakin hər dəfə azadlığa buraxıldığını şərh edən Paşinyan qeyd edib: “Bunun özü etimad formalaşdırır. Əgər konkret sübutlar varsa, iş görülür. Əgər sübut yoxdursa, onda şəxsi azad buraxırlar. Son nəticədə həbs etmək bizim yekun məqsədimiz deyil. Və qoy, heç kəs düşünməsin ki, guya mən kiməsə zəng vurub, “bunu buraxın, onu isə həbs edin” deyirəm. Mənim üçün başlıca məqsəd 100 faiz qanunilikdir.”Lakin aparılan istintaqların və cinayət işlərinin sabiq prezident Serj Sarkisyanın birbaşa özünə aid edilməsinə dair sualı cavablandıran Paşinyan Serjin həbsini istisna etməyib. “Əgər məsələ Serj Sarkisyanadək gedib çıxsa, onda bəli. Ermənistanda toxunulmaz şəxs yoxdur”, – deyə Paşinyan vurğulayıb. 

 

 

 

 

Hürriyət Azərbaycan

Xəbərlər

İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

İlham Əliyev: “Ermən...

access_time4 saat əvvəl
Milli Məclisin xüsusi iclası başa çatdı

Milli Məclisin xüsus...

access_time4 saat əvvəl
Elmar Məmmədyarov Nyu-Yorka getdi - BMT sessiyasında iştirak edəcək

Elmar Məmmədyarov Ny...

access_time8 saat əvvəl
zoom_in zoom_out