Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Bu toyuqları alıb yeməyin!”

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi:

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Bu toyuqları alıb yeməyin!”

person access_time 1 həftə əvvəl
thumb_up 149 thumb_down 11 visibility1875

Broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi haqda informasiyalar məqsədli şəkildə aparılan “qara piar”dır.

Hürriyət Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev deyib.

O bildirib ki, bu kimi hallar iri sənaye müəssisələrində qeyri-mümkündür:

“Bunlar ayrı-ayrı şəxslərə qarşı ədavətdən irəli gəlir, kimlərsə bazara daxil ola bilmir və məqsədli şəkildə bu cür məlumatları, videoları ictimailəşdirirlər. Qeyd edim ki, xüsusi iynə ilə quşların şişirdilməsi əl əməyinə əsaslanır. Amma iri müəssiələrdə quşların qablaşdırılmasınadək bütün prosesləri aparatlar icra edir”.

Nazirlik rəsmisi qeyri-qanuni fəaliyyət göstərən kiçik sexlərdə bu yola əl atmasını istisna etməyib:

“Ona görə də qablaşdırılmamış, yaxud üzərində hansı şirkətə məxsus olduğu göstərilməyən toyuqları almayın. Onlara iynə də vurulur, vannada suya salıb şişirdirlər də. Hətta rəngini sarıya boyayıb “kənd toyuğu” adı ilə əhaliyə satırlar. Sizin vasitənizlə ictimaiyyətə çatdırmaq istyirəm ki, o məhsulları almasınlar”.

 

 

 

 

 

istinad:modern.az

 

Hürriyət Azərbaycan

Xəbərlər

Fotodakı məşhurun kim olduğunu öyrənən

Fotodakı məşhurun ki...

access_time4 saat əvvəl
Aygünün qızı yeni görünüşü ilə təəccübləndirdi

Aygünün qızı yeni gö...

access_time4 saat əvvəl
Pərvin Abıyeva Bakıyla sağollaşdı -

Pərvin Abıyeva Bakıy...

access_time4 saat əvvəl
zoom_in zoom_out