Şahdağ Milli Parkında qanunsuz ov edən 2 nəfər saxlanılıb

Şahdağ Milli Parkında qanunsuz ov edən

Şahdağ Milli Parkında qanunsuz ov edən 2 nəfər saxlanılıb

person access_time 2 ay əvvəl
thumb_up 89 thumb_down 7 visibility1593

06 iyul 2018-ci il tarixində gecə saatlarında Şahdağ Milli Parkının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən parkın Oğuz rayonu ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb.

 

Hürriyət Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qanunsuz ov edən Oğuz rayon sakinləri Raqif Nəsirov və Dünyabir Nəsirovdan 2 ədəd ov silahı və 2 baş ovlanmış Dağıstan turu götürülüb.

 

Faktla bağlı qanun pozucuları barəsində sənədləşmə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən  hər biri 1000 manat məbləğində cərimə edilib. Təbiətə 500 manat məbləğində ziyan dəydiyi məlum olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

 

Hürriyət Azərbaycan

Xəbərlər

Tullantılara görə bu şirkətlər cərimələndi

Tullantılara görə bu...

access_time2 saat əvvəl
Binəli Yıldırım Bakıda hədik payladı

Binəli Yıldırım Bakı...

access_time3 saat əvvəl
“Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni filmlər çəkir

“Salnaməfilm” Mədəni...

access_time3 saat əvvəl
zoom_in zoom_out