Alpinist Babur Hüseynov Astarada dəfn olunub

Alpinist Babur Hüseynov Astarada dəfn olunub

Alpinist Babur Hüseynov Astarada dəfn olunub

person access_time 1 ay əvvəl
thumb_up 12 thumb_down 0 visibility402

İtkin düşən alpinistlərdən biri Babur Hüseynov Astara rayonunda dəfn olunub.

Hürriyət Azırbaycanın xəbərinə görə, mərhum Astaranın Giləkəran qəbiristanlığında torpağa tapşırılıb.

Babur Hüseynovla vida mərasimində onun çalışdığı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov və digər şəxslər də iştirak edib.

Qeyd edək ki, itkin düşən digər alpinistlər Fəridə Cəbrayılzadə Masallıda, Namin Bünyatzadə isə Şəmkirdə dəfn edilib.

Xatırladaq ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Hürriyət Azərbaycan

İstinad: APA

 

Xəbərlər

Polis rəisi vəzifəsindən azad olundu

Polis rəisi vəzifəsi...

access_time1 ay əvvəl
Alpinist Babur Hüseynov Astarada dəfn olunub

Alpinist Babur Hüsey...

access_time1 ay əvvəl
Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb

Qubada itkin düşmüş ...

access_time1 ay əvvəl
zoom_in zoom_out