Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin sədrlərinin vəzifə maaşları artırılıb

Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin sədrlərinin vəzifə maaşları artırılıb

Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin sədrlərinin vəzifə maaşları artırılıb

person access_time 1 həftə əvvəl
thumb_up 87 thumb_down 0 visibility315

Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin sədrlərinin aylıq vəzifə maaşları mayın 1-dən artırılıb. Hürriyət Azərbaycan xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında", “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1122-VQD nömrəli Qanununun tətbiqi haqqında" və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun tətbiqi haqqında" sərəncamlarda əksini tapıb. Beləliklə, Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 2250 manatdan 2475 manata,  Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2120 manatdan 2335 manata, Ali Məhkəmə sədrinin vəzifə maaşı 2070 manatdan 2280 manata qaldırılıb. 

Qeyd edək ki, qanunvericiliyə əsasən Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə, Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir.Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Beləliklə, Milli Məclis, Konstitusiya və Ali Məhkəmənin sədrlərin maaşının artırılması ilə müvafiq qaydada deputatların, Konstitusiya Məhkəməsi sədrinin müavinlərinin, Konstitusiya Məhkəməsi hakimlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinin, bütün məhkəmələrin sədr müavinlərinin, apellyasiya məhkəmələrinin kollegiya sədrlərinin maaşı da artırılıb.

Hürriyət Azərbaycan

 

Xəbərlər

Polis rəisi vəzifəsindən azad olundu

Polis rəisi vəzifəsi...

access_time5 gün əvvəl
Alpinist Babur Hüseynov Astarada dəfn olunub

Alpinist Babur Hüsey...

access_time5 gün əvvəl
Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb

Qubada itkin düşmüş ...

access_time6 gün əvvəl
zoom_in zoom_out