Polis 23 borclunu SAXLADI - STATİSTİKA

Polis 23 borclunu SAXLADI

Polis 23 borclunu SAXLADI - STATİSTİKA

person access_time 1 həftə əvvəl
thumb_up 0 thumb_down 0 visibility17

Daxili İşlər Nazirliyi (DİN) may ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılıb.

Hürriyət Azərbaycan xəbər verir ki, bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Xəbərlər

Ərdoğan: ”Fələstin məsələsini yenidən BMT Baş Assambleyasının gündəminə gətirəcəyik”

Ərdoğan: ”Fələstin m...

access_time4 gün əvvəl
Polis rəisi vəzifəsindən azad olundu

Polis rəisi vəzifəsi...

access_time5 gün əvvəl
Alpinist Babur Hüseynov Astarada dəfn olunub

Alpinist Babur Hüsey...

access_time5 gün əvvəl
zoom_in zoom_out