İTV-nin yeni baş direktoru kimdir? - DOSYE

İTV-nin yeni baş direktoru kimdir?

İTV-nin yeni baş direktoru kimdir? - DOSYE

person access_time 3 ay əvvəl
thumb_up 90 thumb_down 0 visibility204

Balakişi (Balaş) Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Hürriyət Azərbaycan xəbər verir ki, bu qərar İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının iclasında qəbul edilib.

Balakişi Qasımovun dosyesini təqdim edirik:

Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.

Bakı şəhər 1 saylı orta məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

2004-cü ildən klub oyunlarının iştirakçısıdır. “Kim? Harada? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harada? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

2004-cü ildə “Kim? Harada? Nə vaxt?” oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu adını qazanıb.

“Kim? Harada? Nə vaxt?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə və 2002-ci ildə Breyn Rinq üzrə Azərbaycan çempionu, Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Beynəlxalq “Kim? Harada? Nə vaxt?” klubları assosiasiyası tərəfindən 2010-cu ildə  “İlin adamı” seçilib.

2010-cu ilin yekunlarına əsasən, “Büllur bayquş” , “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı”  poqonu mükafatlarına layiq görülüb.

2017-ci ildə “Kim? Harada? Nə vaxt?” hərəkatının inkişafında verdiyi töhfəyə görə Vladimir Voroşilov adına mükafatın laureatı olub.

Hürriyət Azərbaycan

İstinad: Oxu.Az

Xəbərlər

Azərbaycanda benzinin qiyməti bahalaşdı

Azərbaycanda benzini...

access_time8 saat əvvəl
Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

Azərbaycan vətəndaşı...

access_time1 gün əvvəl
Azərbaycan bu şəhərlərdə ticarət evi açırv

Azərbaycan bu şəhərl...

access_time1 gün əvvəl
zoom_in zoom_out