Fərid Əzizov: "İdman millətini, bayrağını sevənin işidir" - MÜSAHİBƏ / FOTOLAR

Fərid Əzizov:

Fərid Əzizov: "İdman millətini, bayrağını sevənin işidir" - MÜSAHİBƏ / FOTOLAR

person access_time 4 ay əvvəl
thumb_up 22 thumb_down 0 visibility1587

İdman təkcə sağlamlıq deyil, o özünə güvənməkdir, o həm də başqalarının sənə inanmasıdır. İdman zəfərdir, dövlətinin bayrağını ucaltmaqdır! Fərid Əzizovlar kimi... 

"Hürriyət Azərbaycan"ın bu dəfəki müsahibi yeddi dəfə Respublika, üç dəfə Avropa və dörd dəfə Dünya çempionu olan Fərid Əzizovdur:

 - Gəlin əvvəlcə balaca Fəridi tanıyaq. Xatırladığınız və eşitdiyiniz qədər necə uşaq olmusunuz?

 - Öncə dəyərli oxucularımızı salamlayıram.

Uşaqlıq illərimdən söz düşəndə valideyinlərim gileylənirlər, deyirlər ki, çox dəcəl biri olmuşam, hətta uşaq baxçasında belə sakit dayanmadığım üçün məcbur qalıb məni baxçadan çıxardası olublar.

 - 6 yaşından idman dərslərinə yazdırılırsınız. Bunu özünüzmü istəmişdiniz?

 - Uşaqdan idmana, daha dəqiq desək, Karateyə çox həvəsim olub. Ona görə də atamdan xahiş etmişəm ki, məni Karateyə yazdır. O da uşaq sözümü yerə salmayıb, məni Karate idman növünə yazdırıb.

 - Yəqin ki, kumiriniz olub. Eləmi?

 - Bəli, mənim uşaqlıq illərim Bruslinin,Vandamın filimləri ilə keçib. Onların filmlərinə baxa - baxa böyümüşük. Bəzən də filmlərdə gördüyümüz səhnələrdən ilhamlanaraq əlimizi, ayağımızı sındırdığımız anlar da olub.

 - İdmana göstərdiyiniz marağı dərslərinizə də göstərirdinizmi?

 - Suala tam səmimi, utana - utana cavab verəcəm, çünki idmana olan həvəsim məktəbdə oxumağıma, qiymətlərimə xeyli dərəcədə təsir göstərirdi, orta qiymətlər alırdım. Bircə Bədən Tərbiyyəsi və Hərbi Hazırlıq dərslərində müəllimlərimin sevimlisi idim.

 - Yəni idmanla məşğul olan Fərid dərslərində yoldaşlarından geri qalmırdı...

 - Bəli, geri qalırdım, amma sağ olsun sinif yoldaşlarım, dərslərimdə köməklik edirdilər. Müəllimlərim də idmana olan həvəsimi nəzərə alıb, mənə çox güzəşdə gedirdilər.

 - Ən sevdiyiniz fənn hansıydı?

 - Ən sevdiyim fənn Riyaziyyat,Tarix, Bədən tərbiyyəsi və Hərbi hazırlıq idi.

 - İndiysə Yeddi dəfə Respublika, üç dəfə Avropa və dörd dəfə Dünya çempionu olan Fərid Əzizovdan danışaq. Nə deyirsiniz? 

 - Bəli, danışaq.

 - Gələcəkdə peşəkar idmançı olacağınıza inanırdınızmı? Yəni belə hədəfiniz vardımı?

 - Bəli, mənim hədəflərim idmanda daha da zirvələrə ucalmaqdı, amma hər bir idmançının öz karyerasını başa vurduğu anlar olur. Mənim hazırda əsas amalım öyrəndiyim, yarışlarda əldə etdiyim bilikləri gələcəkdə tələbələrimə aşılamaqdır, zənnimcə, idmançı üçün ən sevindirici hal öz qazandığı uğurlarını tələbələrindən də görməkdir.

 - Deyirlər ki, hər idmançını başqasından fərqli edən nələrsə olur. Buna sizin təbirinizcə, "fənd" (lər) də deyə bilərik. Sizin "fənd"ləriniz nələrdir?

 - Mən iki böyük idman ustasından dərs almışam. Birincisi, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi Tarverdi Allahverdiyevdir, ikincisi isə daima mənə qardaş kimi dəstək verən, üzərimdə əməyi olan Azərbaycan Respublikasının idman ustası Pərviz Hüseynovdur. Onlardan öyrəndiyim texnikaların sayəsində indiyə qədər qalib olmuşam.

 - Bəs həqiqi mənada idmançının düzgün kombinasiyası üçün ilkin və ən vacib şərtlər hansılardır?

 - Mənim hər qələbəmin bir sirri var, rəqibimi özümdən güclü bilib və döyüşə sonuncu döyüşümdür kimi atılmağım.

 - Peşəkar idmançı olmaqla yanaşı, həm də jurnalistsiniz. İdman jurnalistikası haqqında nə deyə bilərsiniz?

 - Bəli, mənim əsil peşəm Jurnalistikadır və düşünürəm ki, idman və jurnalistika ikisi də bir - birindən ayrı sahələrdir. Amma düşünürəm ki, bu iki ağır işin öhtəsindən  layiqincə gəlməyi bacardım. İdmanla məşqul olan, amma tanınmayan peşəkar idmançıları yarışlarda tanıdıqca onlardan müsahibələr alıb insanlara tanıdırdım.

 - Bu gün jurnalist Fəridi hansı mövzular narahat edir?

 - Bu gün Azərbaycan gəncliyinin düşdüyü vəziyyət məni çox narahat edir, çünki bir vaxtlar telekanallarımızda marifləndirici verilişlər gedirdi, gənclər baxıb nə isə öyrənirdilərsə, indi tam əksinə olub. Tele məkanda sanki bir böyük boşluq yaranıb, kim nə istədi efirdə çıxıb danışa bilər, istədiyini edə bilər. Bu isə gələcəyimiz üçün böyük təhlükədir.

 - Bəs idmançı Fəridi?

 - İdmançı Fəridinarahat edən məsələ gənclərimizin idmandan çox pis vərdişlərin arxasınca getməsidir. Uşaqlarımız ölkədə yaradılmış idman komplekslərini buraxıb onlara zərərli olan vərdişlərin dalınca gedirlər. Əksər valideyinlərsə buna biganədir.

 - Maraqlıdır, avropada yaşayırsınız, bizdə olanlardan nələrin orda olmasını istərdiniz?

 - Mən bir Azərbaycanlıyam və hər zamanda Azərbaycanlı olmağımla qürür duyuram, duyacam da. Avropa və Azərbaycan mədəniyyətlərinin hər biri özlüyündə bir yaşam fəlsəfəsidir. Hərəsinin özünə görə yaşama üslubları var, amma Azərbaycanda olan milli mentalitet anlayışının burda olmasını çox istərdim. Daha dəqiq desək, böyük - kiçiyə hörmət, ata - anaya olan sayqı Azərbaycanda daha başqadır və olduğum, gəzdiyim heç bir ölkədə bunu görmədim. Azərbaycan özünün böyüyünə çox dəyər verir.

 - Çox vaxt deyirlər ki, idman sizin işinizdir, yəni kişilərin. Siz necə düşünürsünüz?

 - Bir söz var, deyirlər, - "Aslanın erkəyi, dişisi olmur". İdman idmanı sevənin işidir. İdman millətini, bayrağını sevənin işidir. idman sağlam yaşamağı seçən hər kəsin işidir.

 - "Hürriyət Azərbaycan"a demək istədikləriniz varmı? Təklifləriniz, iradlarınız, istəkləriniz...

 - Hürriyyət Azərbaycana deyəcəyim ilk söz bundan ibarətdir ki, hər zaman Hürr olaraq fəaliyyət göstərsin. Hürr olaraq hər zaman olduğu kimi mediada öz yerini ilk sıralarda saxlasın.

Daima biz idmançılara verdiyi qiymətə görə öz dərin təşəkkürlərimi bildirirəm.

 - Biz də sizə təşəkkür edirik!

Hürriyət Azərbaycan

Azadə

 

 

Xəbərlər

AvroLiqada I tur - Bütün NƏTİCƏLƏR

AvroLiqada I tur - B...

access_time9 saat əvvəl
FİFA-nın yeni reytinq SİYAHISI:

FİFA-nın yeni reytin...

access_time1 gün əvvəl
UEFA Avropa Liqası:

UEFA Avropa Liqası:...

access_time1 gün əvvəl
zoom_in zoom_out