Atəşkəs rejimi 120 dəfə pozulub

Atəşkəs rejimi 120 dəfə pozulub

Atəşkəs rejimi 120 dəfə pozulub

person access_time 3 ay əvvəl
thumb_up 45 thumb_down 0 visibility148

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Hürriyət Azərbaycanın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdamrayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, AğdamXocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbərlər

Azərbaycanda benzinin qiyməti bahalaşdı

Azərbaycanda benzini...

access_time8 saat əvvəl
Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

Azərbaycan vətəndaşı...

access_time1 gün əvvəl
Azərbaycan bu şəhərlərdə ticarət evi açırv

Azərbaycan bu şəhərl...

access_time1 gün əvvəl
zoom_in zoom_out