Nurəddin Yusifov vəfat etdi

Nurəddin  Yusifov vəfat etdi

Nurəddin Yusifov vəfat etdi

person access_time 7 ay əvvəl
thumb_up 298 thumb_down 0 visibility1506

 Hürriyət Azərbaycan xəbər verir ki, Xerson şəhərindəki Xerson Şəhər Şurasının İcra Komitəsinin üzvü, təqaüdçü polkovnik Nurəddin Yusifov 77 yaşında vəfat etdi.

SSRİ Daxili İşlər Nazirliyinin əməkdaşı Nurəddin İsrafil oğlu Yusifov 1991 - 1994 - cü illərdə Xerson bölgəsində polis rəisi vəzifəsində işləyib. O, 1994 - cü ildə təqaüdə çıxaraq elə həmin ildən indiyə kimi Xerson Mərkəzi bazarının general - direktoru vəzifəsində çalışıb. 

Nurəddin İsrafil oğlu peşəkar polis zabiti olub, vaxtilə Ukraynanın Xerson bölgəsində milis orqanlarında məsul vəzifələrdə çalışıb, polkovnik rütbəsinədək yüksəlib, şəhərin milis rəisi postunda işləyib. 

Ancaq elə olur ki, o, öz vətəninə - Azərbaycana gəlir. Respublika Daxili İşlər Nazirliyinin xəttiylə Bakıya dəvət olunaraq, Sumqayıtda Şəhər Daxili İşlər İdarəsinin milis rəisi vəzifəsində fəaliyyətə başlayır.  Nurəddin müəllim ötən illəri xatırlayarkən, - "Elə bil dünən idi, ortadan xeyli müddət ötür. Mən Bakının yaxınlığında yerləşən bu böyük şəhərə nazirdən əmr alarkən irəlicədən sözümü götürmüşdüm. İşimə az müdaxilə olunsun, hər kəs yeri oldu-olmadı milisin fəaliyyətinə qarışmasın. Görünür, Ukraynadan gəlməyim müəyyən qədər təsirini göstərmişdi, rəhbərlikdən kobud surətdə işimə müdaxilələr edilmirdi. Səksənin sonlarında dünya-aləm bir-birinə dəydi, SSRİ çalxalandı, mən nazir müavini oldum. Artıq elə bir dövr idi ki, işin ləzzəti getmişdi, xalq meydanlardan, küçələrdən yığışmırdı. Buna baxmayaraq, təcrübəmdən istifadə edib adamlarla ünsiyyət qurdum, cavanları təhlükələrdən çəkindirdim...Azərbaycanın Ukraynadakı Konqresinin Xerson vilayəti üzrə nümayəndəsi, kənd təsərrüfatı elmləri namizədi Əli Kərimov ikinci dəfə şəhərə qayıdan Nurəddin Yusifovu Azərbaycanlıların ən böyük dayağı adlandırır.”O, böyük ağsaqqaldır, hər işin yolunu-yolağasını bilir, millətini, yurdunu sevən fədaidir. İndiyəcən həmyerlilərimizin Xerson vilayətindəki problemləriylə bağlı dəfələrlə ona müraciət eləmişik. Bir dəfə bizi qapıdan peşman qaytarmayıb. Pul, maddi vəsait lazım olanda, heç vaxt əsirgəməyib. Ağıllı məsləhətləri, tövsiyələri, tapşırıqları həmişə köməyimizə yetir. Yerli hakimiyyət orqanları isə Nurəddin müəllimin bir sözünü belə yerə salmır”, - demişdi.

Polkovnik Xersonda çox işlər görüb, biz sadəcə onun gördüyü son iki işi barədə söz açmaq istəyirik. 

Belə ki, o Xerson şəhərinin “Botanika bağı” adlanan mərkəzi parkında Azərbaycan guşəsini yaradıb. Burda digər xalqların – almanların, ukraynalıların, yəhudilərin, yunanların və başqa xalqların da milli rəmzlərini əks etdirən simvollar nümayiş olunur. Ancaq Azərbaycan guşəsi öz möhtəşəmliyi ilə seçilir. Parkın ən görünən yerində – mərmər postamentin üstündə kiçik Qız Qalası ucaldılıb. Qalanın başında üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Ehtiyatda olan zabit, polis polkovniki Mehralı Bayramov söyləyir ki, Azərbaycanın müstəqilliyinin 20 illiyi dövründə bu, dost Ukraynanın bizə bir xoş töhfəsidir. Qeyrətli soydaşımız Nurəddin Yusifovun öz şəxsi vəsaiti hesabına belə bir təşəbbüs göstərməsi başqa ölkələrdə yaşayan bütün həmyerlilərimiz üçün örnəkdir. İndi Botanika bağındakı mənzərəli guşə Azərbaycanın əl boyda hissəsidir və bütün yurddaşlarımızın and yeridir. 

İkincisi, mərhum general-adyütant Hüseyn Xan Naxçıvanskiyə məxsus qol saatının alınıb saxlanılmasıdır. Məlumdur ki, üç qardaş – Hüseyn Xan, İsmayıl Xan və Cəmşid Naxçıvanskilər çar ordusunda xidmət etmiş, general rütbəsinədək yüksəlmişlər. Onların əşyalarınnı alınıb saxlanılması isə hər mənada cəsarət tələb edir. 

Biz onun yüzdən artıq gördüyü işlərdən sadəcə ikisini qeyd etdik, ancaq həyat yolunu vərəqləsək onun xeyirxah insan olduğunu sözsüz deyə bilərik.

Dünən yaşadığı şəhərdə dövlət rəsmiləri tərəfindən vida mərasimi təşkil olunub. Doğulduğu Ağstafa rayonunda dəfn olunması üçün cənazəsi gecə saatlarında Azərbaycana gətirilib. 

 Hürriyət Azərbaycan saytı olaraq təqaüdçü polkovnik Nurəddin Yusifovun vəfatından kədərlənir, ona rəhmət, ailəsinə, yaxınlarına səbr diləyirik.

Başımız sağ olsun!

Allah rəhmət eləsin!

 

Xəbərlər

Taksidə siqaret çəkməyin cəriməsi -

Taksidə siqaret çəkm...

access_time45 dəqiqə əvvəl
Sabah Bakıda bu yollar bağlı olacaq

Sabah Bakıda bu yoll...

access_time47 dəqiqə əvvəl
Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur?

Arvadını 5-ci mərtəb...

access_time52 dəqiqə əvvəl
zoom_in zoom_out