“Bu gün həyatımdan pozmaq istədiyim gündür" - Flora Kərimova ağladı

“Bu gün həyatımdan pozmaq istədiyim gündür

“Bu gün həyatımdan pozmaq istədiyim gündür" - Flora Kərimova ağladı

person access_time 4 ay əvvəl
thumb_up 23 thumb_down 0 visibility1828

“Bu gün həyatımdan pozmaq istədiyim gündür. Bu gün bütün Azərbaycanın matəmidir. Mənim ağrım, göz yaşlarım, həsrətim hər şeyi yudu apardı. Əziyyətdən başqa heç nə hiss etmirəm”.

Bu sözləri Femida.az - a açıqlamasında xalq artisti Flora Kərimova deyib. Şuşada doğulub böyüyən sənətçi Şuşanın işğalının 26-cı ildönümünü gözyaşları ilə qarşılayıb:“Uşaqlıqdan xatirimdə o qalıb ki, orada buxara var idi , yığışırdıq ora. Həmin yerə 7 qardaş ilanlar gəlirdi, biz onlara çörək verirdik. Sürüşkən daş var idi, orada sürüşərdik. Evimizlə üzbəüz həbsxana var idi, o yadımdadır, İsa bulağı yadımdadır, hər şey yadımdadır. Babamın məzarı yadımdadır. İndi o məzarı dağıdıblar bəlkə də. Mənə bu hissləri yaşamaq çox çətindir. Heç olmasa, yarımca saat imkanım olardı, o yerləri görəydim. Anamın böyüdüyü, sevdiyi yerləri görəydim”.Flora Kərimova yalandan vətənpərvər imicinə bürünən insanlara da fikirlərini çatdırıb:“Allah şəhidlərimizin ruhunu şad eləsin. Bu gün yalandan vətən deyib gəzən insanları görəndə çox əziyyət çəkirəm. Çox istərdim ki, mənim bu göz yaşlarımın , bu ağrılarımın birca faizini həmin adamlar hiss etsin. Çox istərdim onlar vətənin ismətini tapdalamasınlar. Mənim artıq 77 yaşım var. Qazandığımı qazanmışam, itirdiyimi itirmişəm. Az müddət sonra uzun bir yolun yolçusu olacam. Bu vətəni düşünən adamlar var. Əsas odur, millətin öz içindən düşmən olmasın. İstədiyim odur, bu vətən yetim qalmasın”.Belə həssas gündə daha çox danışa bilməyən Flora Kərimova üzrxahlıq edərək sağollaşıb. 

Xəbərlər

Tullantılara görə bu şirkətlər cərimələndi

Tullantılara görə bu...

access_time3 saat əvvəl
Binəli Yıldırım Bakıda hədik payladı

Binəli Yıldırım Bakı...

access_time3 saat əvvəl
“Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni filmlər çəkir

“Salnaməfilm” Mədəni...

access_time3 saat əvvəl
zoom_in zoom_out