Ermənistan prezidenti: "İlham Əliyevi yaxşı tanıyıram"

Ermənistan prezidenti:

Ermənistan prezidenti: "İlham Əliyevi yaxşı tanıyıram"

person access_time 3 ay əvvəl
thumb_up 103 thumb_down 0 visibility1023

Ermənistanın yeni prezidenti Armen Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevi yaxşı tanıyır. Sarkisyan Qarabağdakı gərginliyin artacağını istisna etməyib. 

 Sarkisyan bununla bağlı “Exo Moskva” radiosuna müsahibəsində danışıb. 

Ermənistanda hökumət dəyişikliyinin Bakı ilə dialoqa təsir edə biləcəyi ilə bağlı sualı cavablandıran A.Sarkisyan bunu şərh edə bilməyəcəyini deyib:

“Çünki İlham Əliyevi şəxsən tanıyıram. Çox yaxşı tanıyıram. Ancaq vəziyyət çox həssasdır və Dağlıq Qarabağda gərginliyin artacağını istisna etmək olmaz”. 

O qeyd edib ki, ilk gündən yeni hökumət ölkə sərhədlərində təhlükəsizliyin təmin olunması ilə ciddi məşğul olmalıdırlar. 

“Rusiya Ermənistanın strateji və hərbi-siyasi tərəfdaşıdır. Hamıya məlumdur ki, Ermənistan ordusu rus həmkarları ilə çox yaxındır. Ermənistan ordusu NATO və ya Çin tərəfindən deyil, Rusiya tərəfindən silahlandırılır”, - Sarkisyan deyib. 

Sarkisyan xatırladıb ki, Ermənistan və Rusiya təhlükəsizliklə bağlı bir təşkilatın üzvüdür, o cümlədən, əmindir ki, Ermənistanda rus hərbi bazaları çox vacibdir. 

“Bu bazalardan bəziləri Ermənistan və Türkiyə sərhədindədir. Buna görə hər zaman Rusiya ilə dostluq və qardaşlıq münasibətləri uğrunda mübarizə aparacağam”, - Sarkisyan əlavə edib.

Oxu.az

 

Xəbərlər

Ermənistan mövqelərimizi iriçaplı silahlarla atəşə tutdu

Ermənistan mövqeləri...

access_time1 gün əvvəl
Ermənilər indi də Laçında xəstəxana tikir

Ermənilər indi də La...

access_time2 gün əvvəl
Ermənistan cəbhədə təxribat törətdi

Ermənistan cəbhədə t...

access_time2 gün əvvəl
zoom_in zoom_out