Bakıda II Maliyyə və İnvestisiya Forumu keçirilir

Bakıda II Maliyyə və İnvestisiya Forumu keçirilir

Bakıda II Maliyyə və İnvestisiya Forumu keçirilir

person access_time 3 ay əvvəl
thumb_up 23 thumb_down 0 visibility553

Bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə II Maliyyə və İnvestisiya Forumu (FIF2018) “Rəqəmsal Biznes Trendləri” devizi ilə keçirilir.

“APA-Economics”in məlumatına görə, builki forumun keçirilməsində əsas məqsəd ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional əhəmiyyətli iqtisadi oyunçu kimi Azərbaycan Respublikasının aparıcı mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir.

Forum ötən il olduğu kimi 3 paneldən ibarət olmaqla günboyu davam edəcək. “İnvestisiya Strategiyaları”, “Maliyyələşmə Strategiyaları”, “Vergi Siyasəti və Mühasibat Uçotu” adlı panellərdə toplam 12 yerli və xarici spikerin çıxışı planlaşdırılıb. Forumda özəl şirkətlərlə yanaşı, əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak edir. Keçiriləcək tədbir sayəsində dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olması ümumilikdə sektora müsbət təsir edəcək.

Qeyd edildiyi kimi FİF2018 illik olaraq özəl şirkətlərin dəstəyi ilə keçirilir. II Maliyyə və İnvestisiya Forumunun baş sponsoru “ATA Sığorta” ASC, bank sponsoru isə “AFB Bank”dır.

Qeyd edək ki, Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. İlk forum 5 may 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub.

Xəbərlər

Dəmirçi-Lahıc yolunda təmir işləri aparılır

Dəmirçi-Lahıc yolund...

access_time9 saat əvvəl
Maliyyə Nazirliyi yeni elektron xidmətlər göstərəcək

Maliyyə Nazirliyi ye...

access_time1 gün əvvəl
​Azərbaycan nefti bahalaşıb​

​Azərbaycan nefti ba...

access_time1 gün əvvəl
zoom_in zoom_out