Jirinovski yenə sərsəmlədi :“Rusiyanın tərkibində Bakı quberniyası olmalıdır”

Jirinovski yenə sərsəmlədi

Jirinovski yenə sərsəmlədi :“Rusiyanın tərkibində Bakı quberniyası olmalıdır”

person access_time 3 ay əvvəl
thumb_up 678 thumb_down 0 visibility1063

Rusiyanın qalmaqallı siyasətçisi Vladimir Jirinovski növbəti sərsəm açıqlamasını verib.

Hürriyət Azərbaycan Ölkə.Az-a istinadla xəbər verir ki, Jirinovski Yerevan, Tiflis və Kiyevdə olan münaqişələrə münasibət bildirib və qeyd edib ki, MDB ölkələrində sülhün bərqərar olmasının yalnız bir şərti var. Əgər bu dövlətlər xoşluqla Rusiya Federasiyasının tərkibinə daxil olsalar, bu ölkələrdə sülh yaranacaq.

Jirinovski qeyd edib ki, Gürcüstan, Ermənistan və Ukraynanı daxili münaqişələrdən ancaq Rusiya xilas edə bilər.

Siyasətçi qeyd edib ki, MDB ölkələri “ata evinə qayıtmalıdır”. Bu isə bu ölkələrin sülh və çiçəklənmə qarantıdır.

“Əgər bu ölkələr Rusiyanın tərkibinə girsələr, ancaq bu halda pozitiv dəyişikliklər baş verəcək”, – deyə siyasətçi bildirib.

Jirinovski əlavə edib ki, Rusiya Federasiyasının tərkibində Bakı, Tiflis, Odessa, Kiyev və Yerevan quberniyaları olmalıdır.

Xəbərlər

Ermənistan mövqelərimizi iriçaplı silahlarla atəşə tutdu

Ermənistan mövqeləri...

access_time1 gün əvvəl
Ermənilər indi də Laçında xəstəxana tikir

Ermənilər indi də La...

access_time2 gün əvvəl
Ermənistan cəbhədə təxribat törətdi

Ermənistan cəbhədə t...

access_time2 gün əvvəl
zoom_in zoom_out