Məşhurların övladları : Artur Rasizadənin geoloq qızı...

Məşhurların övladları

Məşhurların övladları : Artur Rasizadənin geoloq qızı...

person access_time 3 ay əvvəl
thumb_up 785 thumb_down 0 visibility871

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az "Məşhurların övladları”adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin qızı Nailə Rasizadə haqqındadır.

Nailə Rasizadə Artur Rasizadənin yeganə övladıdır.

83 yaşlıArtur RasizadəAzərbaycanın Baş naziri postunda düz 22 il çalışdı.

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasındandır. Artur Rasizadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsidir.

Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella...

Artur Rasizadə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb.

O, 1996-cı ildə mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə Baş nazir təyin edilib. 2003-cü ilin avqust - noyabr aylarında Baş nazir səlahiyyətlərinin İlham Əliyevə verilməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qaytarılıb.

Prezident İlham Əliyev 2005-ci ildə Artur Rasizadəyə "İstiqlal” ordeni, 2010-cu ildə 75 yaşının tamam olması münasibətilə "Şərəf” ordeni verib.

2015-ci ildə Artur Rasizadə 80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən "Şöhrət” ordeni ilə təltif olunub.

Artur Rasizadə 2018-ci il aprelin 21-də yeni Nazirlər Kabinetin formalaşması ilə əlaqədar təqaüdə yola salınıb.

Artur Rasizadənin yeganə qızıNailə Rasizadə1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib.

Artur Rasizadənin kürəkəni Kamal müəllim Modern.az-a açıqlamasında belə deyib:  "Tez-tez Artur Rasizadənin oğlunun olması barədə də xəbərlər yazırlar. Bu, doğru deyil. Artur müəllimin yalnız bir qız övladı var. Ümumiyyətlə, tanınmış insanlar haqqında yazı yazarkən məlumatlı olmaq lazımdır. Artur Rasizadə çox tanınmış nəsildəndir. Ona görə də bu cür insanların barəsində yanlış məlumatlara yer verilməməlidir”.

Maraqlıdır ki, sabiq baş nazirin bir övladı olsa da, onunla bağlı mətbuatda geniş informasiya yoxdur. Kamal müəllim bu məsələyə də aydınlıq gətirib:

"Nailə xanım sadə ailədə böyüyüb. Bizim ailə münasibətlərimiz sevgi üzərində qurulub. O vaxtlar hər ikimiz Geologiya İnstitutunda çalışırdıq. İlk tanışlığımız da orda olub. Sonra biz ailə həyatı qurduq. Övladlarımız Tahir və Rəna dünyaya gəldi. Nailə xanım o zaman işdən ayrılmalı oldu. Elə o vaxtdan da övladlarını özü böyütmək qərarını verdi və hansısa bir yerdə çalışmaq istəmədi. O vaxtlar indiki kimi uşaqların böyüməsinə yardımçı olan dayələr çox deyildi. Adətən hər bir ana övladını özü böyüdürdü. Baxın, Nailə xanım da övladlarını özü böyüdən xanımlardan olub”.

Artur Rasizadnin kürəkəni özü və həyat yoldaşının şəkillərinin mətbuatda olmadığını, bundan xoşlanmadıqlarını bildirib...

Xəbərlər

Azərbaycanda benzinin qiyməti bahalaşdı

Azərbaycanda benzini...

access_time8 saat əvvəl
Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

Azərbaycan vətəndaşı...

access_time1 gün əvvəl
Azərbaycan bu şəhərlərdə ticarət evi açırv

Azərbaycan bu şəhərl...

access_time1 gün əvvəl
zoom_in zoom_out